Top.Mail.Ru
DÜNYA

“Taliblər” qoşunların çıxarılmasından sonra ABŞ-dan diplomatları saxlamağı xahiş edib

“Taliban” hərəkatının rəsmiləri Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasından sonra Birləşmiş Ştatlara Əfqanıstandakı diplomatlarını saxlamaq xahişi ilə müraciət edib.

“Report”un məlumatına görə, bu barədə danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən “The Washington Post” bildirib.

Nəşrin məlumatına görə, Kabildə bu qərarın müsbət həll ediləcəyi təqdirdə ehtimal ki, ölkədə yenidən Amerika səfirliyi açılacaq. ABŞ səfirliyi diplomatik personalın təxliyyəsi ilə əlaqədar işini başa çatdırıb.

Bu halda qeyd edilir ki, ABŞ hakimiyyəti hazırda Əfqanıstanda diplomatlarının olması haqqında qəti qərarlar qəbul etməyib.

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button