Top.Mail.Ru
DÜNYA

İraqda zərərsizləşdirilən terrorçuların sayı 7 nəfərə çatıb

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında Qara ərazisində PKK terrorçularının obyektlərinə növbəti zərbələr endirib.

“Kaim”un “Anadolu” agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, növbəti hava zərbələri nəticəsində cinayətkar təşkilatın daha 3 döyüşçüsü zərərsizləşdirilib.

Məlumata görə, əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə keçirilib.

Bununla da son gün ərzində İraq ərazisində zərərsizləşdirilmiş terrorçuların ümumi sayı 7 nəfərə çatıb.

Türkiyə Müdafiə Nazirliyi daha əvvəl İraqın şimalında “Pençe Şimşek” əməliyyatı zonasında 4 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button