DÜNYA
ABŞ Əfqanıstanda İŞİD terrorçusunu məhv edib

ABŞ hərbçiləri Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinə pilotsuz uçuş aparatı ilə hava zərbəsi endirib.
“Kaim” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
Qeyd edilir ki, zərbə nəticəsində bir İŞİD terrorçusu məhv edilib.
“ABŞ-ın Silahlı Qüvvələri İŞİD planlaşdırıcısına qarşı antiterror əməliyyatı keçirib. Pilotsuz hava zərbəsi Nanqarhar əyalətinə endirilib. İlkin məlumatlara görə, hədəf məhv edilib. Vətəndaşlar arasında itki yoxdur”, – xəbərdə deyilir.
Mənbə
KAİM.az