Top.Mail.Ru
DÜNYA

KİV: “Ermənistanda deputatların iclas zalına telefonla girməsi yasaqlanacaq”

Ermənistanda parlamentin iclas zalına deputatların mobil telefonlarla daxil olmasının qadağan edilməsi planlaşdırılır.

“Kaim” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Bildirilir ki, bu ideya iqtidar fraksiyasının deputatları tərəfindən irəli sürülüb. Buna səbəb isə Ermənistan parlamentində baş vermiş son qarşıdurmalar göstərilir.

Bu yolla parlamentdəki mənfi hadisələrin ictimaiyyətə çıxmasının qarşısı alına bilər.

Qeyd edək ki, 24-25 avqust tarixlərində Ermənistan parlamentində 3 əlbəyaxa dava olub, parlamentarilər bir-birinə butulka atıb.

Xatırladaq ki, Ermənistan parlamentində jurnalistlərin fəaliyyətini qismən məhdudlaşdıran dəyişikliklər də qəbul olunmuşdu.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button