Top.Mail.Ru
DÜNYA

Çavuşoğlu: “Xarici müdaxilələrlə problemlərin həllini yəqin ki, daha heç kim düşünmür”

“Xarici müdaxilələrlə problemlərin həllini yəqin ki, daha heç kim düşünmür”.

“Kaim” xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bunu Bağdad Əməkdaşlıq və Tərəfdaşlıq Konfransında çıxışı zamanı söyləyib.

“Bölgənin insanları olaraq problemlərimizi də, çözümlərini də ən yaxşı özümüz bilirik. Nəticəsiz xarici müdaxilələri də bu yolla önləyə bilərik. Kimlərinsə kənar müdaxilə ilə problemləri həll edəcəyini yəqin ki, daha heç kim düşünmür. Bu toraqların şairi Füzuli dostların birləşməsini dünyaların birləşməsi kimi dəyərləndirir. Biz də bu dostluq məclisində gələcək nəsillərə gözəl bir miras buraxmaq üçün addımlar ata bilərik. Ortaq tariximiz birgə olanda irəliyə getdiyimizin, aramızda nifaq olanda isə gerilədiyimizin saysız örnəkləri ilə doludur. Konfransın regional əməkdaşlığa yeni nəfəs gətirməsini diləyirik”, – nazir söyləyib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button