DÜNYA
Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olan PKK üzvlərinin sayı 136-ya çatıb

Türkiyədə PKK terror təşkilatının bir neçə üzvü təhlükəsizlik qüvvələrinə təsim olub.
Bu barədə “Kaim” “Habertürk”ə istinadən xəbər verir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirliyin Təhlükəsizlik Baş İdarəsi və Jandarm Baş Komandanlığının apardığı təşviqat cəhdləri nəticəsində PKK/KCK terror təşkilatının daha 4 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.
Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər təşkilata 2013-2015-ci illərdə qoşulublar. Onların son dəfə Suriya və İraqda fəaliyyət göstərdikləri müəyyən edilib.
Beləliklə, cari ildə inandırma yolu ilə Türkiyədə ölkənin təhlükəsizlik qüvvələrinə təslim olan PKK üzvlərinin sayı 136-ya yüksəlib.
Mənbə
KAİM.az