Top.Mail.Ru
DÜNYA

Emmanuel Makron: “Fransa “Taliban”la müzakirələr aparır”

Fransa prezidenti Emmanuel Makron rəsmi Parislə “Taliban” arasında danışıqların aparıldığını bildirib.

Bu barədə “Kaim” TASS-a istinadən xəbər verir.

Fransa rəhbəri qeyd edib ki, danışıqlar humanitar əməliyyatların təşkili və Əfqanıstanda təhlükə altında olan mülki şəxslərin bu ölkədən təxiyəsinin davam etdirilməsi mövzularını əhatə edir.

“Biz hamımız hələ danışıqlar aparırıq və hər şey hələ ki son dərəcə ilkin xarakter daşıyır, amma “taliblər”lə humanitar əməliyyatların keçirilməsini, həmçinin təhlükə altında olan əfqanların müdafiəsi və o təxliyəsi imkanları barədə müzakirələr aparırıq”, – Makron deyib.

O qeyd edib ki, Fransa həmçinin bu əməliyyatları həyata keçirmək üçün digər ölkələrdən biri Qətərlə də birgə iş aparır.

“Bəli, bu əməliyyatları həyata keçirmək üçün Qətərlə birlikdə işləyirik. Çünki Qətər “Taliban”la əlaqələr kontekstində, müəyyən təhlükəsizlik mühitində bəzi aviaşirkətlərə açıq hava körpüsü təşkil etmək qabiliyyətinə malikdir. Ancaq hər dəfə dəyişən bir mühitdə Talibanla danışıqlar aparmalı olacağıq”, – Makron deyib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button