Top.Mail.Ru

DÜNYA

ABŞ Türkiyə üçün nəzərdə tutulmuş F-35 qırıcılarını Yunanıstana verəcək

Amerika Birləşmiş Ştatları 20 ədəd F-35 qırıcısını Yunanistan Hava Qüvvələrinə təhvil verməyi planlaşdırır. Onlardan 6-ı Ankara üçün istehsal olunub.

KAİM.az xəbər verir ki, bu barədə Yunanıstanın Estia qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Yunanistana F-35 döyüş təyyarəsinin verilməsi ABŞ dövlət katibi Mike Pompeonun Yunanıstana səfəri zamanı müzakirə edilib.

“Jewish Press” nəşri Yunanıstanla ABŞ arasındakı hərbi razılaşmadan da yazıb.

Mənbə bildirir ki, F-35 qırıcıları Yunanıstanın Krit adasında yerləşdiriləcək. ABŞ-ın belə bir gözlənilməz qərarına səbəb prezident Donald Trampın Rusiyadan S-400 zenit-raket kompleksləri almaq qərarından sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana qəzəbidir.

Qəzet yazır ki, ABŞ Ərdoğanın S-400 almaq qərarına görə, beşinci nəsil F-35 qırıcısı istehsal üçün Türkiyəni beynəlxalq proqramdan birtərəfli qaydada kənarlaşdırıb.

Yunanıstanın “Greek City Times” qəzeti öz növbəsində, Yunan-Amerika anlaşmasının yalnız qırıcılarla məhdudlaşmadığını qeyd edib.

Mənbəyə görə, ABŞ Türkiyədəki hərbi bazasında yerləşən NATO nüvə avadanlığını Yunanıstanın Krit adasına köçürmək niyyətindədir.

Xatırladaq ki, Afina ilə Ankara arasındakı münasibətlərdə yeni gərginlik Türkiyənin Yunan adaları sahillərinin yaxınlığında, Aralıq dənizinin şərqində kəşfiyyat qazma gəmiləri göndərməsindən sonra yaranıb.

Bu hadisə nəticəsində Yunanıstan Türkiyəni hava və dəniz sərhədlərini pozmaqda günahlandırıb və Türk gəmilərinin ərazilərindən geri çəkilməsini tələb edib. (KONKRET.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button