Top.Mail.Ru
DÜNYA

Yəməndə hərbi bazaya hava zərbəsi endirilib, onlarla insan ölüb

Yəmənin cənubundakı Lahc əyalətindəki ən böyük hərbi hava bazası “El Anad”a endirilən hava zərbələri nəticəsində azı 30hərbçi ölüb, 60-dan çox adam yaralanıb.

“Kaim” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin silahlı qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.

“France-Presse” agentliyinin Yəmən Silahlı Qüvvələrinin nümayəndəsinə istinadən verdiyi məlumata görə, hava hücumlarının arxasında husi üsyançılarının dayandığı güman edilir.

“El Anad” bazası ölkənin müvəqqəti paytaxtı hesab edilən Aden liman şəhərindən 60 km şimalda yerləşir.

Yəməndə 2014 -cü ilin avqustundan bəri hökumət qüvvələri ilə husilər arasında qarşıdurma davam edir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button