Top.Mail.Ru
DÜNYA

PKK-nın Afrini atəşə tutması nəticəsində 8 dinc sakin yaralanıb

PKK terror təşkilatının silahlıları Suriyanın Afrin şəhərini raket atəşinə tutub.
Bu barədə “Kaim” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, atəş nəticəsində 8 dinc sakin yaralanıb. Onlardan 5-i uşaqlardır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edilir ki, Tel Rıfat yaşayış məntəqəsi ərazisindən Afrinə 6 raket atılıb.
Xatırladaq ki, PKK silahlıları bir neçə gün əvvəl də Afrini raket atəşinə tutub. Nəticədə 1-i uşaq olmaqla 3 mülki şəxs həyatını itirib, 4 nəfər isə xəsarət alıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button