Top.Mail.Ru
DÜNYA

ABŞ Konqresi gələn il üçün Ukraynaya hərbi yardımı artırır

ABŞ Konqresi oktyabrın 1-də başlayan növbəti maliyyə ilində Ukraynaya ayrılan hərbi yardımı artırmaq niyyətindədir.

“Kaim” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, Uklrayna hərbi xətt vasitəsilə bu il ötənilkinə nisbətən 25 milyon artıq, yəni 275 milyon ABŞ dolları ala bilər. Bu təşəbbüs ABŞ müdafiə büdcəsinin layihəsində yer alıb.

Bundan əlavə, deputatlar Baltikyanı ölkələrdə təhlükəsizliyin təmin edilməsi üçün 175 milyon ABŞ dolları ayırmağı təklif edirlər.

Sənəd təsdiqləndikdən sonra Nümayəndələr Palatası tərəfindən müzakirə olunacaq.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button