DÜNYA
Vladimir Zelenski ABŞ-da işgüzar səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a işgüzar səfərə gəlib.
“Kaim” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, o, sentyabrın 1-də Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
“Səfərin gündəliyində iki ölkə liderlərinin təkbətək formatda və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü nəzərdə tutulub”, – məlumatda deyilir.
Mənbə
KAİM.az