Top.Mail.Ru
DÜNYA

“Taliban” Pəncşirdə əsas məntəqələri tutduğunu bəyan edib

“Taliban” silahlıları Əfqanıstanın Pəncşir əyalətində 3 vacib bölgəni və yol keçidlərini ələ keçirib.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə özünü “Əfqanıstan İslam Əmirliyinin rəsmi hesabı” adlandıran “Talib Times” tviter hesabında məlumat verilib.

Məlumatda deyilir: “Üç vacib bölgə və Pəncşir keçidləri ələ keçirilib və tezliklə tam qələbəni elan edəcəyik”.

Bundan əvvəl CNN telekanalı Pəncşirdə “Taliban” və müqavimət qüvvələri arasında qarşıdurmaların yaşandığını, yüzlərlə “talib”in yaralandığını və öldürüldüyünü bildirmişdi.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button