Top.Mail.Ru
DÜNYA

BMT Əfqanıstanda qalmaqda qərarlıdır

“BMT Əfqanıstanda qalmaqda qərarlıdır. Biz 60 ildən çoxdur ki, Əfqanıstandayıq və əfqanlarla çiyin-çiyinə dayanaraq onlara dəstəyimizi veririk”.

“Kaim”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.

S.Dujarrik Baş katibin BMT-nin bölgədəki əməkdaşlarının təhlükəsizliyinin qorunmasını və humanitar yardımların davam etdirilməsini vacib hesab etdiyini bildirib: “Əfqanıstanda insan haqlarının qorunması və humanitar yardımların çatdırılmasında irəlilləyiş əldə etmək vacibdir. BMT olaraq Əfqanıstanda son 20 ildə xüsusilə qadın hüquqlarının qorunması, qızların təhsilə və işə cəlb olunması, tibbi xidmət və digər mövzularda uğurlu nəticələr əldə etmişik. Əfqan xalqının təhlükəsizliyinin bərpası üçün onlara beynəlxaq dəstək lazımdır”.

S.Dujarrik BMT-nin bölgədəki azərbaycanlı əməkdaşı Ramiz Ələkbərov vasitəsilə mütəmadi olaraq baş verənlərdən məlumatlandığını deyib: “Kabildə “Taliban”la humanitar əlaqələndiricimiz olan Ramiz Ələkbərov sentyabrın 1-də canlı yayın vasitəsi ilə bizə bağlanacaq və bölgədəki vəziyyətlə bağlı son göstəriciləri təqdim edəcək”.

Vüsalə Abbasova

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button