DÜNYA
Kasım-Jomart Tokayev: “Qazaxıstan idarəolunmaz infilyasiya artımı ilə üzləşib”

Qazaxıstan iqtisadiyyatı idarəolunmaz infilyasiya artımı ilə üzləşib.
“Kaim” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib.
“Milli bank və hökumət dünyadakı tendensiyalara istinad edərək onun qarşısında gücsüz hala gəliblər. Bu cür bəhanələr milli iqtisadiyyatın həssaslığını ortaya çıxarır”, – o deyib.
Onun sözlərinə görə, Milli Bankın və Nazirlər Kabinetinin əsas vəzifəsi infilyasiyanı yenidən 4-6 % səviyyəsinə qaytarmaqdır.
Qeyd edək ki, iyun ayının yekunlarına görə Qazaxıstanda infilyasiya səviyyəsi 7,9 % təşkil edib. May ayında isə bu göstərici 7,2 % olub.
Mənbə
KAİM.az