Top.Mail.Ru

DÜNYA

Baydendən müsəlman ölkələrinə JEST: Bu qadağa ləğv ediləcək

ABŞ-ın prezident seçkilərində qalib gələn Co Bayden 20 yanvarda dövlət başçısı vəzifəsinə başladıqdan dərhal sonra bir sıra fərmanlar imzalamağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yazır.

Mənbə bildirir ki, o, hazırkı prezident Donald Trampın əvvəllər irəli sürdüyü bəzi təşəbbüsləri ləğv etmək niyyətindədir.

Loading...
Yazının davamı reklamdan sonra

Washington Post qəzetindəki mənbələrə görə, siyasətçi Paris İqlim Sazişinə yenidən qoşulmağı və ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmasını ləğv etməyi planlaşdırır.

Bununla yanaşı, bir sıra müsəlman ölkələrin vətəndaşlarının səyahət qadağasını ləğv edə, uşaqlıqda qanunsuz olaraq gətirilən şəxslərin bu ölkədə qalmasına imkan verən proqrama yenidən baxa bilər.

Xatırladaq ki, 3 noyabrda ABŞ-da ümumi seçkilər keçirilib. Nəticədə Demokrat Partiyasının namizədi Josep Bayden 46-cı prezident, Kəmalə Harris vitse-prezident seçilib. Xanım siyasətçi ölkədə bu vəzifəni tutan ilk qadın olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button