Top.Mail.Ru
DÜNYA

Gürcüstanda soydaşımız xarici ölkə vətəndaşının qətlində ittiham olunur

Gürcüstanda Avstraliya vətəndaşı 31 yaşlı Şanay Brukun qətlinin üstü açılıb.

“Kaim”un yerli bürosu xəbər verir ki, ekspertiza nəticəsində hadisəni törədən şəxsin Tbilisi sakini 33 yaşlı R.M. adlı şəxs olduğu müəyyən edilib.

Gənc bu gün Tbilisidə yaşadığı evdə saxlanılıb. Ona qarşı qəsdən adam öldürmə maddəsi üzrə ittiham irəli sürülüb.

Gürcüstanın yerli televiziya kanallarının yaydığı məlumata əsasən, saxlanılan şəxs Rafael Mursaqulovdur. Soydaşımızın günahı sübuta yetirilərsə, onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, Ş.Bruk bu ilin iyulun 30-da itkin düşüb. O, bir ildən çox müddətdə Batumidə ingilis dili pedaqoqu işləyib və Tbilisiyə istirahətə yollanıb. Qadının meyiti növbəti gün Tbilisidə Mtatsminda dağının yamacında aşkarlanıb. Əcnəbi vətəndaşın soyuq silahla öldürüldüyü bildirilir.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button