Top.Mail.Ru
DÜNYA

Cozef Bayden pandemiya üzrə beynəlxalq zirvə görüşü keçirməyi təklif edəcək

ABŞ Prezidenti Cozef Bayden administrasiyasının COVID-19 pandemiyasının cavablandırılmasına və vaksinləmə üzrə qlobal səylərə həsr olunmuş beynəlxalq zirvə görüşü keçirməyi təklif edəcəyi gözlənilir.

Bu barədə “Kaim” “Politico”ya istinadən xəbər verir.

C.Baydenin çıxışının əsas hissəsinin koronavirusa qarşı daxili mübarizəyə həsr olunacağı, lakin bununla yanaşı qlobal əməkdaşlığın genişləndirilməsi və inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyin aradan qaldırılmasının zərurətinin vurğulanacağı gözlənilir.

Müzakirə mövzuları sırasında vaksinlərin istehsalının və yayılmasının yaxşılaşdırılması yolları, ehtiyacı olan ölkələrə oksigen balonlarının tədarükünün artırılması, həmçinin COVID-19-la əlaqəli tədqiqat və məhsullar sahəsində beynəlxalq əməkdaşlıq imkanları olacaq.

Zirvə görüşünün BMT Baş Assambleyasının iclaslarının vaxtına salınacağı və sentyabrın ikinci yarısında keçiriləcəyi gözlənilir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button