Top.Mail.Ru
DÜNYA

Hindistan müdafiə nazirinin olduğu təyyarə şoseyə eniş edib

Göyərtəsində Hindistanın müdafiə naziri Racnath Sinqhin də olduğu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “S-130J Super Hercules” hərbi-nəqliyyat təyyarəsi sentyabrın 9-da Racastan ştatının qərbində federal əhəmiyyətli avtomobil yolunda nümayiş enişi edib.

“Kaim” xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, müdafiə naziri ilə yanaşı, təyyarənin göyərtəsində Hindistanın yol-nəqliyyat naziri Nitin Qadkari və Hərbi Hava Qüvvələri qərargahının rəisi R.K.Bhadauriya olub. Onlar fövqəladə hallarda hərbi təyyarələr üçün inşa edilən avtomobil yolunun açılışında iştirak edib.

Məlumata görə, bu yolun uzunluğu 3 km-dir. Yol 19 aya çəkilib. Adi vaxtlarda yol avtomobil nəqliyyatına xidmət edəcək.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button