DÜNYA
“Taliban”: “ABŞ-ın “qara siyahı” məsələsində mövqeyi Doha razılaşmalarına ziddir”

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkənin yeni hökumət üzvlərinin ABŞ-ın “qara siyahı”sında olması məsələsinə münasibət bildirib.
“Kaim” xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid tviter səhifəsində yazıb.
“ABŞ-ın “qara siyahı” məsələsində mövqeyi Doha razılaşmalarına ziddir”, – o bəyan edib.
Bildirilib ki, ABŞ və BMT-nin bu praktikası yanlış və qərəzlidir. “Taliban” yeni hökumət üzvlərinin adlarını siyahıdan çıxarmağa çağırıb.
Mənbə
KAİM.az