Top.Mail.Ru
DÜNYA

Yaponiya peyvənd olunan əcnəbilərin karantin müddətini azaltmaq niyyətindədir

Yaponiya peyvənd olunan əcnəbilər üçün məcburi karantin müddətinin 14 gündən 10 günədək azaldılmasını nəzərdən keçirir.

“Kaim” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Məlumata görə, bu tədbir yalnız “Pfizer”, “Moderna” və ya “AstraZeneca” vaksinləri ilə peyvəndlənmiş şəxslərə şamil ediləcək.

Bundan başqa, ölkəyə gələn şəxslər Yaponiya, ABŞ və ya Aİ tərəfindən təqdim edilmiş peyvəndləmə sertifikatlarına malik olmalıdırlar.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button