Top.Mail.Ru
DÜNYA

Əfqanıstan Milli Bankı keçmiş məmur və deputatların hesabını dondurub

Əfqanıstan Milli Bankı keçmiş nazirlərin, hökumət məmurlarının və zabitlərin hesablarını dondurub.

“Kaim” “Al-Jazeera”ya istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatından bildiriblər.

“Əfqanıstan Milli Bankı keçmiş nazirlər, parlament üzvləri, zabitlər və məmurların hesablarını dondurub”, – Al-Jazeera” yayıb.

Xatırladaq ki, sentyabrın 8-də “Taliban” Əfqanıstan müvəqqəti hökumətinin tərkibini elan edib. Məlumata görə, 6 aydan sonra keçiriləcəyi gözlənilən parlament seçkilərindən sonra daimi hökumət qurulacaq.

Qeyd edək ki, müvəqqəti hökumətdə Məhəmməd İdris Milli Bankın direktoru vəzifəsinə təyin olunub. Baş nazir səlahiyyətlərini isə Məhəmməd Həsən Axund icra edir.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button