Top.Mail.Ru
DÜNYA

Türkiyənin 7 şəhərində əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunub

Türkiyənin 7 şəhərində leysan yağışları barədə sakinlərə xəbərdarlıq edilib.

“Kaim” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul, Çanakkale, Balıkesir, Bursa, Yalova, Kocaeli və Sakarya şəhərlərində güclü yağış yağması gözlənilir. Küləyin sürətinin artması və fırtınaya çevrilməsi barədə əhaliyə xəbərdarlıq olunub.

İnsanlara sel, su basması, ildırım vurması kimi ekstremal hadisələrə hazır olmaq və ehtiyatlı davranmaq tövsiyə edilib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button