DÜNYA
Türkiyə ordusu İraqın şimalında 6 terrorçunu məhv edib

Türkiyə ordusu İraqın şimalında daha 6 PKK terrorçusunu zərərsizləşdirib.
“Kaim” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.
“Qəhrəman Türk Silahlı Qüvvələri İraqın şimalındakı terror yuvalarını dağıtmağa davam edir. “Pençe-Şimşek” əməliyyatlarının keçirildiyi bölgədə müəyyən olunmuş daha 6 PKK terrorçusu əsgərlərimiz tərəfindən zərərsizləşdirilib”, – məlumatda qeyd edilib.
Mənbə
KAİM.az