Top.Mail.Ru
DÜNYA

“Sərhədsiz Reportyorlar”: “Əfqanıstanda son 48 saatda 24 jurnalist saxlanılıb”

“Əfqanıstanda son 48 saatda 24 jurnalist saxlanılıb”.

“Kaim” “Tolonews”a istinadən xəbər verir ki, bu barədə “Sərhədsiz Reportyorlar” Təşkilatının Əfqanıstan üzrə məsul şöbəsi məlumat yayıb.

Şöbənin rəhbəri Reza Moini “Taliban”ın jurnalistlərə qarşı zorakılıq faktlarının sayının artması barədə həyəcan təbili çalıb.

“Saxlanılan mətbuat nümayəndələrindən ikisi vəhşicəsinə döyülüb”, – məlumatda bildirilib.

Xüsusilə əyalətlərdə jurnalistika fəaliyyəti ilə bağlı böyük məhdudiyyətlərin olduğu vurğulanıb.

“Sərhədsiz Reportyorlar” məsələyə diqqətin artırılmasına çağırış edib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button