Top.Mail.Ru
DÜNYA

Portuqaliyanın sabiq prezidenti vəfat edib

Portuqaliyanın sabiq prezidenti Jorje Sampayyu 82-ci yaşında vəfat edib.

Bu barədə “Kaim” TASS agentliyinə istinadən xəbər verir.

Sabiq ölkə başçısı 2 həftə əvvəl respirator xəstəlik səbəbindən yerləşdirildiyi Lissabondakı xəstəxanada dünyasını dəyişib. J.Sampayyunun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, o, 1996-cı ildən 2006-cı ilədək Portuqaliya prezidenti vəzifəsini tutub. Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsində fəaliyyətinə görə Jorje Sampayyu 2015-ci ildə BMT-nin Nelson Mandela adına mükafatına layiq görülüb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button