Top.Mail.Ru
DÜNYA

BMT: “2022-ci ildə Əfqanıstanda yoxsulluq səviyyəsi 97%-ə çata bilər”

Ticarət əlaqələrinin pozulması və maliyyə sistemindəki problemlər səbəbindən ÜDM-in azalması gələn ilin ortalarında Əfqanıstanda yoxsulluq səviyyəsini 97%-ə çatdıra bilər.

“Kaim” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnkişaf proqramı hesabatında deyilir.

Beynəlxalq təşkilatın mütəxəssisləri hadisələrin 4 ssenari üzrə inkişaf edə biləcəyini təxmin edirlər. Bu ssenarilərə görə ölkənin ÜDM-i 3,6%-dən 13,2%-dək azala bilər.

ÜDM-in 13,2 azalması yoxsulluq səviyyəsinin (2020-ci ilin göstəricisi ilə müqayisədə) 25 faiz bəndi artaraq 97%-ə çatmasına səbəb ola bilər. Ən yaxşı halda isə yoxsulluq səviyyəsi 7 faiz bəndi artaraq 79%-ə çata bilər.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button