Top.Mail.Ru
DÜNYA

Türkiyənin XİN başçısı: “Kabil aeroportu ilə bağlı Qətərlə müzakirələrimiz davam edir”

“Kabil aeroportu ilə bağlı Qətərlə müzakirələrimiz davam edir”.

“Kaim” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu vətəndaş cəmiyyəti nümayəndələri ilə Eskişehirdə keçirilən görüşdə söyləyib.

“Yeni vəziyyətdə əsgərlərimizin orada qalması üçün heç bir səbəb yoxdur. Biz də çıxdıq. İndi hava limanının fəaliyyətini təmin etmək üçün Qətərin xarici işlər nazirini Ankarada qonaq etdik. Görüşlər və müzakirələr davam edir”, – o bildirib.

Mövlud Çavuşoğlu Əfqanıstanda Türkiyənin hələ 4 000 vətəndaşının qaldığını vurğulayıb.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button