Top.Mail.Ru
DÜNYA

Filippində qasırğa zamanı bir neçə nəfər ölüb, onlarla insan itkin düşüb

Filippində azı üç nəfər leysan yağışların və qasırğanın qurbanı olub, daha otuz bir nəfər itkin düşüb.

“Kaim”un məlumatına görə, bu barədə yerli KİV bildirib.

Risklərin Xəbərdarlığı və Təbii Fəlakətlərin Aradan Qaldırılması üzrə Milli Şura bildirir ki, qasırğa nəticəsində Metro-Manilada və digər regionlarda 84 min insan xəsarət alıb. Azı 10 min insan təhlükəsiz zonalara təxliyə edilib.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Ölkədə leysan yağışlar və qasırğa bazar ertəsindən müşahidə olunur.

Filippinin mərkəzi regionlarında 3 min evə zərər dəyib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button