DÜNYA
Rusiyada yaşayış evində partlayış olub, xəsarət alanlar var

Rusiyanın Lipetsk əyalətinin Yelts şəhərində ikimərtəbəli yaşayış evində qazdan partlayış baş verib.
Bu barədə “Kaim” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, partlayış zamanı binanın divarı qismən, girişi isə tamam dağılıb.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, hadisə zamanı 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Dağıntılar altında daha 4 nəfərin qaldığı güman edilir.
Hazırda həlak olanların və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Nazirlikdə əlavə ediblər ki, hazırda sakinlərin təxliyyəsi həyata keçirilir.
Əraziyə FHN-in 15 işçisi və 4 texnika cəlb edilib.
Mənbə
KAİM.az