Top.Mail.Ru
DÜNYA

Ukrayna Ali Radasının spikeri ikinci dəfə koronavirusa yoluxub

Ukrayna Ali Radasının spikeri Dmitri Razumkovun COVID-19 testi pozitiv çıxıb.

“Kaim” xəbər verir ki, bu barədə spiker feysbuk səhifəsində məlumat verib.

Qeyd edək ki, Razumkov birinci dəfə 2020-ci ilin noyabr ayında koronavirusa yoluxduğunu açıqlamışdı. Bu ilin avqustunda isə parlament sədri əks-göstərişləri olduğu üçün peyvənd olunmayıb.

“Özünüzə diqqət edin və COVID-19-un yox olmadığını unutmayın!”, – Razumkov deyib.

Spiker bu səbəbdən Kiyevdə keçiriləcək Yalta Avropa Strategiyası sammitində iştirak edə bilməyəcək.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button