Top.Mail.Ru
DÜNYA

İraqın şimalında İŞİD hücumu nəticəsində 3 nəfər ölüb

İraqın paytaxtı Bağdadın şimalında İŞİD silahlıları tərəfindən təşkil edilən hücum nəticəsində azı üç polis zabiti öldürülüb.

“Kaim” TASS-a istinadən xəbər verir ki, bu barədə “Alsumaria” telekanalı yerli hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hücum Kərkük vilayətinin cənubunda yerləşən Dakuk bölgəsində baş verib. İŞİD silahlıları 5-ci polis briqadasına hücum edərək 3 nəfəri öldürüblər, 1 nəfər isə xəsarət alıb.

Bir həftə əvvəl İŞİD silahlıları Kərkükün Rəşad rayonunda polis məntəqəsinə hücum ediblər. Bir neçə saat davam edən toqquşmalarda biri zabit olmaqla, 13 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button