Top.Mail.Ru
DÜNYA

İtaliyada miqrant biri uşaq olmaqla beş nəfəri bıçaqlayıb

İtaliyanın Rimini şəhərində beş nəfəri bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

“Kaim” xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb.

Somali vətəndaşı olan şəxs 2015-ci ildən Avropada yaşayır və İtaliyadan sığınacaq istəyib.

Belə ki, avtobus dayanacağında nəzarətçilər ondan bilet istəyib, lakin cinayətkar öncə hər iki nəzarətçini, hadisə yerindən qaçan zaman isə qadınla uşağı və daha bir nəfəri bıçaqla yaralayıb.

Hadisəni törədən 26 yaşlı miqrant artıq saxlanılıb, prokurorluq araşdırma aparılır.

Müstəntiqlər miqrantın terror qrupları ilə əlaqədə olmasına və ekstremist səbəblərdən hərəkət edə biləcəyinə dair heç bir dəlil aşkar etməyiblər.

Daha əvvəl cinayətkar Danimarka, İsveç, Almaniya və Niderlanddan da sığınacaq istəyib. Bir neçə ay Qırmızı Xaçın himayəsində olub.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button