Top.Mail.Ru
DÜNYA

Fransa “Taliban” hökumətini tanımaqdan imtina edib

Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda “Taliban” hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

“Kaim” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian “France 5” telekanalının efirində bildirib.

Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Fransanın baş diplomatı xatırladıb ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsini tələbini rədd edib.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button