Top.Mail.Ru

DÜNYA

Dünyada koronavirus:yoluxanların sayı 53 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 53 milyon nəfəri ötüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 53 089 514 nəfər çatıb. Onlardan 1 312 170 nəfəri ölüb, 34 278 413 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (10 607 221), Hindistanda (8 728 795) və Braziliyada (5 781 582) qeydə alınıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button