DÜNYA
Türkiyədən uçan təyyarə Rusiyada təcili ENİŞ ETDİ

Türkiyənin Antalya şəhərindən havaya qalxan Rusiyaya məxsus təyyarə Sankt-Peterburqun Pulkovo hava limanına təcili eniş edib.
KAİM.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, buna səbəb təyyarənin motorlarından birində texniki problemin yaranmasıdır.
Təyyarə 22:24-də Pulkovo aeroportuna enib. Sərnişinlərin vəziyyətinin yaxşı olduğu vurğulanıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Mənbə
KAİM.AZ