DÜNYA
Filippində qumbara partlayışı nəticəsində bir neçə nəfər yaralanıb

Filippinin Mindanao adasında qumbara partlaması nəticəsində azı 8 nəfər yaralanıb.
“Kaim” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, naməlum şəxs voleybol matçının keçirildiyi idman zalına qumbara atıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Mənbə
KAİM.az