DÜNYA
Çində sərnişin gəmisi qəzaya uğrayıb, ölənlər var

Çinin cənub-qərbində gəmi qəzası baş verib.
“Kaim” xəbər verir ki, bu barədə
Məlumata görə, hadisə Beypanzyan çayında, Quyçjou əyalətinin sahilində baş verib. Sərnişin gəmisinin çevrilməsi nəticəsində azı 8 nəfər həlak olub. Qeyd edilir ki, hadisə zamanı gəmidə olanlardan 31-i xilas edilib. Qəza zamanı daha bir neçə nəfər itkin düşüb.
Hazırda axtarış-xilasetmə işləri aparılır.
Qəzanın başvermə səbəbi açıqlanmır.
Mənbə
KAİM.az