Top.Mail.Ru
DÜNYA

“Exit poll”: Vahid Rusiya Partiyası parlament seçkilərində 45,2 % səs toplayıb

Vahid Rusiya Partiyası Dövlət Dumasına bu gün keçirilən seçkilərdə partiya siyahısı üzrə seçicilərin 45,2 % səsini yığıb, həmçinin zəruri olan 5 %-lik keçid baryerini aşaraq, parlamentdə təmsil olunan digər siyasi təşkilatları – Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və “Ədalətli Rusiya”nı üstələyib.

“Kaim” xəbər verir ki, bu göstəricilər İNSOMAR şirkəti tərəfindən seçicilər arasında keçirilmiş sorğunun – “exit poll”un nəticələrində yer alıb.

Məlumata görə, “Vahid Rusiya” 45,2 %, Rusiya Federasiyası Kommunist Partiyası – 21 %, Rusiya Liberal Demokrat Partiyası – 8,7 %, “Ədalətli Rusiya” – 7,9 % səs toplayıb. Qeyri-parlament partiyalarından ən yaxşı nəticəni 4,7 % səslə “Yeni insanlar” Partiyası göstərib.

Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrə əsasən, səsvermələrdə Vahid Rusiya Partiyası lider olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45 %-i ötüb.

Bugünlərdə Rusiyada həm də bələdiyyə seçkiləri keçirilib.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button