Top.Mail.Ru
DÜNYA

Livan parlamentində işıqlar sönüb, hökumətin təsdiqi təxirə salınıb

Livan parlamentinin binasında elektrik enerjisi verilməsində yaranmış fasiləyə görə hökumətin təsdiqlənməsi təxirə salınıb.

“Kaim” “xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.

Bildirilib ki, sentyabrın 20-də Baş nazir Nəcib Mikati parlament Nazirlər Kabinetinin proqramını təqdim etməli imiş. Bunun ardınca deputatlar yeni hökumətə etimad göstərməli imişlər.

Yerli vaxtla səhər saat 11-də başlayan iclas parlamentin binasına elektrik enerjisinin verilməsində yaranan fasiləyə görə dayandırılıb. Livanda əhali elektrik enerjisindən əziyyət çəkir. Onlarla həmrəy olmaq üçün binanın işığı söndürülüb.

Nəcib Mikati bildirib: “Beyrutun ürəyində bizi əhatə edən qaranlıqda şam yandırmaqla əziyyət çəkən insanların ümidlərinə işıq saçmalıyıq”.

Müxalifət təmsilçisinin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi Livan dövlətinin kollapsına əyani sübutdur.



Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button