Top.Mail.Ru

DÜNYA

Putin Makronla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Macron, Dağlıq Qarabağdakı vəziyyəti telefonla müzakirə ediblər

Rusiya lideri fransız həmkarına Moskvanın Qarabağda qan tökülməsini dayandırmağa və yeni itki verməməyə imkan verən vasitəçilik səyləri, habelə Rusiya sülhməramlı kontingentinin təmas xətti və Laçın dəhlizi boyunca yerləşməsi haqqında məlumat verib.

Bundan əlavə,  Putin söhbətdə  əvvəllər imzalanan atəşkəs razılaşmasının həyata keçirildiyini və Qarabağdakı vəziyyətin sabitləşdiyini qeyd edib.

Həmçinin Rusiya, Fransa və ABŞ xətti boyunca işləri koordinasiya etməyə hazır olduqlarını bildirən liderlər, qaçqınların daimi yaşayış yerlərinə qayıtması, əhalinin normal həyatı üçün şəraitin təmin edilməsi, infrastrukturun bərpası, xristian kilsələrinin və monastırların qorunması daxil olmaqla təcili humanitar məsələlərin həll olunmasının vacibliyini vurğulayıblar.

Bundan əlavə, ölkələrin liderləri terror təhlükəsinə qarşı birgə mübarizə daxil olmaqla bir sıra ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

KAİM,AZ

Kənan Ağaliyev

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button