Top.Mail.Ru

DÜNYA

Rusiya regionu ayağa qaldıran sazişə qarşı çıxdı – Hədəfdə Moskva var


Rusiyanın Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşev ABŞ, Böyük Britaniya və Avtsraliya arasındakı əldə edilmiş yeni sazişdən danışıb.

Kaim.az xəbər verir ki, onun sözlərinə görə, saziş əsasən Çini deyil, Rusiyanı hədəfə alır. O bildirib ki, bu saziş yeni hərbi blokun yaranması deməkdir və məqsəd Çin və Rusiyanı nəzarət altına almaqdır. Patruşev qarşıdakı günlərdə hərbi blokun tərəfdarlarının genişlənə biləcəyini istisna etməyib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Avstraliya Hind okeanı ilə Sakit okeanı arasındakı geniş coğrafiyada təhlükəsizliyi qorumaq üçün 3-lü işbirliyi mexanizmi yaradacaqlarını bəyan ediblər.

Bildirilib ki, ABŞ və Böyük Britaniya sualtı qayıqlar üçün Avstraliyaya lazımi dəstəyi verəcək. ABŞ prezidenti Co Bayden bəyan edib ki, bu bölgənin sərbəst olmasına ehtiyac var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button