Top.Mail.Ru
DÜNYA

Avropa Parlamentinin deputatı bu ölkəni qlobal problem adlandırdı


Avropa Parlamentinin deputatı Mik Uolles ABŞ-ı qlobal problem adlandırıb.

Kaim.az xarici mediaya istinadən xəbər verir ki, Uolles Avropa İttifaqına ABŞ Prezidenti Co Baydenin “yeni amansız diplomatiya” ilə bağlı açıqlamaları fonunda Rusiya, Amerika və Çinlə münasibətlərə yenidən baxmasını təklif edib.

“ABŞ silahlı qüvvələrinin xüsusi təyinatlıları hər il 130-dan çox ölkədə qanunsuz fəaliyyətlər həyata keçirirlər. ABŞ artıq neçə ildir beynəlxalq hüquqa hörmət qoymur. Ancaq Aİ isə iddia edir ki, Çin və Rusiya problemdir”.

Qeyd edək ki, daha əvvəl Co Bayden BMT Baş Assambleyasında çıxış edərək ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının “sonsuz müharibələr dövrünün” bitdiyini və “amansız diplomatiya dövrünün” başlanğıcı olduğunu bildirmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button