Top.Mail.Ru

DÜNYA

ABŞ Səhiyyə Nazirliyi Co Baydenə tabe olmaqdan imtina edib

ABŞ Səhiyyə Nazirliyi bəyan edib ki, Ümumi Xidmətlər İdarəsi (GSA) Co Baydenin qələbəsi tanınmayana qədər demokratların namizədinin komandası ilə işləməyəcək.

“CNN” telekanalı bu barədə qurumun rəhbəri Aleks Azarın açıqlamasına istinadən məlumat yayıb.

“Biz çox açıq şəkildə bildirdik ki, GSA nə zaman kimin qalib gəldiyini elan edəcəksə, o zaman tam şəkildə peşəkar keçid və hazırlıq işlərinə başlayacağıq. Biz təlimat qaydalarına riayət edirik”, – deyə A.Azar vurğulayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, bir qədər əvvəl “Politico” qəzeti ABŞ Ümumi Xidmətlər İdarəsinin rəhbəri Emili Mörfinin Co Baydenin prezident seçkilərində qələbə qazandığını tanımaqdan imtina etdiyini yazmışdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button