Top.Mail.Ru

DÜNYA

Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü


Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlılarının keçmiş komandanları general-leytenant Rüstəm Muradov, general-mayor Mixail Kosobokov və bu vəzifəyə yeni təyinat alan general-leytenant Gennadi Anaşkinlə görüşüb.

Kaim.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsi komandanının müavini Rüstəm Muradov Rusiya sülhməramlı kontingentinin yeni təyin olunmuş komandanı, Rusiyanın Milli Qəhrəmanı Gennadi Anaşkini təqdim edib.

Loading...
Yazının davamı reklamdan sonra

Rus sülhməramlıların yeni komandanı o oldu

Tərəflər Rusiyanın bölgədəki hərbi və siyasi vəziyyəti sabitləşdirmək səylərini alqışlayıblar və Qarabağda davam edən Rusiya sülhməramlı missiyasının səmərəliliyindən məmnunluqlarını ifadə ediblər.

Görüşdə regional təhlükəsizlik mövzusunda fikir mübadiləsi aparılıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button