Top.Mail.Ru
DÜNYA

Saakaşvilinin yeni həyat yoldaşı KİMDİR? – FOTOLAR

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tiflisdə saxlanıldıqdan sonra yeni həyat yoldaşının ukraynalı deputat Yelizaveta Yasko olduğunu açıqlayıb.

KAİM.az xəbər verir ki, Yelizaveta Alekseyevna Yasko 17 oktyabr 1990-cı ildə Kiyevdə anadan olub. 2008-2012-ci illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəlsəfə fakültəsində təhsil alıb. Siyasi elmlər üzrə bakalavr və magistr dərəcəsi alıb.

2016-2017-ci illərdə Oksford Universitetində oxuyub və burada ictimai siyasət üzrə magistr dərəcəsi alıb. Oksford Universitetinin Blavatnik Dövlət İdarəçilik Məktəbini bitirən ilk Ukrayna vətəndaşı olub.

Yasko fortepiano sinfində peşəkar musiqi təhsili alıb, 50-dən çox kompozisiya və mahnı müəllifidir.

2017-ci ildə Britaniyanın Mədəniyyət, Media və İdman üzrə nazirliyində çalışıb. Ukraynaya qayıdaraq Britaniyanın Clover Films şirkəti ilə əməkdaşlıq edib, mədəni və təhsil layihələri, sənədli filmlərin yaradılması ilə məşğul olan “Yellow Blue Strategy” təşəbbüsünü qurub.

2019-cu ildə keçirilən erkən parlament seçkilərində Yelizaveta Yasko “Xalqın Xidmətçisi” siyasi partiyasından deputat seçilib. 17 sentyabr 2019 -cu ildən 11 yanvar 2021-ci ilə qədər Yasko AŞPA Daimi Nümayəndəliyinin sədri olub.

Onun Saakaşvili ilə yaxınlığı haqda informasiya 6 sentyabr 2020-ci ildə ortaya çıxıb. Həmin gün Prezident Aparatının keçmiş rəhbəri Andrey Boqdan Mixail Saakaşvili və Yasko ilə şərab içdikləri barədə foto yaymışdı.

Saakaşvili video mesajında Yasko ilə yeni ailə qurduğunu deyib. Yasko videonun Saakaşvilinin oktyabrın 1-də Gürcüstana gəlişindən əvvəl çəkildiyini bildirib.

Xatırladaq ki, daha əvvəl Saakaşvili Niderland əsilli Sandra Rulofs ilə evli olub. İki oğlu var – Eduard və Nikoloz.

Yasko isə rəsmi olaraq evlənməyib və uşağı yoxdur. Onun atası məşhur ukraynalı skripkaçı, Ukraynanın xalq artistidir. Yelizaveta Yasko həm media məkanında, həm də sosial şəbəkələrdə olduqca aktivdir. Facebook-da iki səhifəsi, ingilis dilində bir Twitter səhifəsi, bir Instagram hesabı, bir Telegram kanalı, bir Youtube kanalı və şəxsi veb saytı var. //Hit.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button