Top.Mail.Ru
DÜNYA

Telman İsmayılov iki ay müddətinə HƏBS EDİLİB

Monteneqroda saxlanılan azərbaycanlı iş adamı Telman İsmayılov 2 ay müddətinə azadlıqdan məhrum edilib.

KAİM.az xəbər verir ki, bu barədə iş adamının rusiyalı vəkili Marina Rusakova bildirib.”Bəli, təsdiq edə bilərəm ki, o, Monteneqroda saxlanılıb və iki ay müddətinə həbs edilib. Bu qərardan artıq apellyasiya şikayəti verilib. İsmayılov siyasi sığınacaqla bağlı müraciəti yoxlanılarkən tutuldu. Bu da apellyasiya üçün əsaslardan biridir”, – Rusakova bildirib.

Onun sözlərinə görə, həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır. Vəkilin sözlərinə görə, Monteneqro hakimiyyəti İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun ekstradisiyası məsələsi iki aya qədər çəkə bilər.

Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq -mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button