Top.Mail.Ru
DÜNYA

Əfqanıstanda terror HÜCUMLARI – Ölənlər VAR

Əfqanıstanın Cəlalabad şəhərində naməlum şəxslərin silahlı hücumu nəticəsində dörd nəfər ölüb.

Kaim.az xəbər verir ki, ölənlərin ikisi “Taliban” üzvüdür.Əfqanıstan Müstəqil Jurnalistləri Qoruma Dərnəyi jurnalist-yazıçı Sayed Maruf Sadatın ölən mülki şəxslər arasında olduğunu açıqlayıb. Ölən digər mülki şəxs isə Sadatın qohumu olub.

Biri Sadatın oğlu olmaqla, iki nəfər yaralanıb. Hücumu hələlik üzərinə götürən olmayıb.

Bundan başqa, Cüzcan vilayətinin Akça rayonunda bir toya bombalı hücum olub. Hücumda biri gəlin olmaqla, iki nəfər həyatını itirib.

Qeyd edək ki, ölkədə “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra İŞİD-in terror hücumları artmağa başlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button