Top.Mail.Ru
DÜNYA

Gürcüstanda seçkilərin ilkin nəticələri AÇIQLANDI

Gürcüstanda yerli özünüidarə orqnlarına seçkilırin ilkin nəticələri açıqlanıb.

Kaim.az xəbər verir ki, ilkin nəticələrə görə, “Gürcü Arzusu” partiyası seçkilərdə liderdir.

İqtidar partiyasının Tbilisi meri namizədi və hazırkı meri Kaxa Kaladze “İmedi TV”nin nəticələrinə görə, 51,3, “Formula TV”nin nəticələrinə görə isə 43 faiz səs toplayıb.

“Mtavari TV”nin nəticəsinə görə, əsas müxalifət partiyası olan “Birləşmiş Milli Hərəkat”ın Tbilisi meriliyinə namizədi Nika Melia 40,8, Kaladze 40,2 səs alıb.

Gürcüstan Baş naziri İrakli Qaribaşvili “Gürcü Arzusu”nun ölkənin hər bölgəsində seçkilərdə qalib gəldiyini açıqlayıb. O, Kaladzenin ikinci dəfə Tbilisi meri seçildiyini deyib.

“Mtavari TV”nin nəticələrinə görə seçkiləri dəyərləndirən Melia isə müxalifətin qalib gəldiyini bildirib. O, seçkilərdən sonra Tbilisidə koalisiya idarəçiliyinin olacağını söyləyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button