Top.Mail.Ru

DÜNYA

“Qarabağ müharibəsi Rusiya üçün fəlakətlə nəticələndi” – Vedomosti qəzeti

Rusiyanın nüfuzlu qəzetlərindən olan Vedomosti
qəzetində “Rusiya ikinci Qarabağ müharibəsində necə
məğlub oldu” başlıqlı araşdırma məqaləsi dərc olunub .

Kaim.az xəbər verir ki, yazıda müharibənin  Ermənistanla yanaşı Rusiya üçün də yaxşı nəticələrlə sonlanmadığı qeyd edilir. Rusiyanın zərərinə bitdiyi vurğulanan yazıda bildirilir ki, bu müharibə Qafqaz regionunda Rusiyanın mövqeyinin zəiflədiyini göstərdi. Uğurlu və mübariz Türkiyənin presteji regionda daha da artdı.

Məqalədə bölgədə türkçülüyün canlandığı Sovet ideologiyasından tamamilə uzaqlaşmanın aydın göründüyü də yazılıb. Həmçinin, Türkiyə istehsalı Bayraktar TB2 pilotsuz uçuş aparatlarının Suriya və Liviyada olduğu kimi Qarabağda da yaxşı nəticələrə səbəb olduğu vurğulanıb.

Şəbnəm Zahir

Kaim.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button